Çempionlar Liqasının yarımfinal mərhələsinə ykkun vurulub. Fanat.Az xəbər verir ki, ötən axşam "Real" "Atletiko"nun qonağı olub.
İlk matçda 3:0 hesablı qələbə qazanan "Kral Klubu" cavab oyununda uduzub - 1:2. İki oyunun nəticgsinə görə 4:2 hesablı qələbə qazanan "Real" finala çıxıb.
"Atletiko"nun qollarına Saul Niguez və Antoin Qrizmann imza atıb. "Real"dan isə İsko fərqlənib.
"Real" finalda "Yuventus"la qarşılaşaq. Turin klubu yarımfinalda "Monako"nu məğlub edib.
Fanat.Az