İspaniya nəhəngi "Real" maraqlı addım atıb.
Fanat.Az xəbər verir ki, klub orta şərqdə satışa çıxarılan məhsulların üzərindəki xaç işarəsini ləğv etdirib. Buna səbəb kimi müsəlmanların həssaslığı ilə oynamamaq istəyidi.
Bununla da klub 1908-ci ildən istifadə etdiyi xaç motivini ikinci dəfə çıxarmış olub. Mərkəzi BƏƏ-də yerləşən "Marka" firması ilə müqavilə bağlayan madridlilər məhsullarını yeni şəriki vasitəsilə bu ölkə ilə yanaşı Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Omanda satışa çıxaracaq. "Real"ın məhsullarını bu bazarda satacaq "Marka" bölgələrdəki müsəlmanların çoxluğu ilə əlaqədar xaç işarəsindən istifadə etməyəcək.
Qeyd edək ki, "Emirates"lə əməkdaşlıq edən klub BƏƏ-də Əbu-Dabi Milli Bankı ilə bağladığı müqavilənin ardından loqosundakı xaç işarəsini çıxarmışdı.
Fanat.Az