"Real" ÇL-in kubokunu darmadağınla qaldırdı

"Real" ÇL-in kubokunu darmadağınla qaldırdı

Bu gün Çempionlar Liqasında 2016/17 mövsümünün qalibi bəlli olub. Fanat.Az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, “Millennium” stadionunda baş tutub.

 

Çempionluq uğrunda İtaliyanın “Yuventus” klubu ilə turnirin son qalibi Madrid “Real”ı üz-üzə gəlib. Bu görüşü çempionların dueli də adlandırmaq olardı. Belə ki, həm “qoca sinyora”, həm də “qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

 

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda “Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

 

Bu finaladək “Real” və “Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəlmiş, görüşlərdən 4-də “Yuventus”, 2-də “Real” qələbə qazanmış, digər 2 oyunda isə heç-heçə qeydə alınmışdı. 

 

İlk hissəsi bərabərliklə yekunlaşan həlledici matçın ilk yarısında İspaniya nəhənginə layiqli müqavimət göstərən "Yuve" ikinci yarıda daha 3 qol "yeyərək" darmadağınla uduzub. 

 

Çempionlar Liqası

Final

3 iyun

 

22.45 Yuventus (İtaliya) - Real (İspaniya) 1:4

Qollar: Mancukiç, 27 - Ronaldo, 20, Kasemiro, 61, Ronaldo, 64, Asensio, 90.

Qırmızı vərəqə: Quadrado, 83 (ikinci sarı).

Hakimlər: Feliks Brix, Mark Borş, Stefan Lupp, Milorad Maziç (Almaniya).

Əlavə köməkçi hakimlər: Marko Frits, Bastian Dankert (Almaniya).

Kardiff. Millennium stadionu.

“Yuventus”: 1. Canluici Buffon, 15. Andrea Barzali, 3. Corco Kyellini, 19. Leonardo Bonuççi, 12. Aleks Sandro, 5. Miralem Pyanic, 6. Sami Xedira, 23. Dani Alves, 21. Paulo Dibala, 17. Mario Mancukiç, 9. Qonzalo İquayn

Ehtiyat oyunçular: 25. Neto (q), 4. Medhi Benatia, 7. Xuan Kuadrado, 8. Klaudio Markizio, 18. Mario Lemina, 22. Kvadvo Asamoa, 26. Stefan Lixtştaner

Baş məşqçi: Massimiliano Alleqri

 

“Real”: 1. Keylor Navas; 2. Dani Karvaxal, 4. Serxio Ramos, 5. Rafael Varan, 12. Marselo, 14. Kazemiro, 19. Luka Modriç, 8. Toni Kroos, 22. Isko, 9. Karim Benzema, 7. Kristiano Ronaldo

Ehtiyat oyunçular: 13. Kiko Kasilla (q), 6. Naço, 11. Qaret Beyl, 16. Mateo Kovaçiç, 20. Marko Asensio, 21. Alvaro Morata, 23. Danilo

Baş məşqçi: Zinəddin Zidan

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər