"Real Madrid" qapıçısı Tibo Kurtuanın Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sına qarşı dünən keçirdikləri oyunda (5:2) zədələndiyini bəyan edib.
Fanat.Az istinadən xəbər verir ki, "Kral klubu"nun mətbuat xidməti Kurtuanın sol ayaq əzələsindən xəsarət aldığını bildirsə də, onun hansı müddətə komandanın məşqlərindən kənarda qalacağı açıqlanmayıb.
Daha öncə "Relevo" "Real"ın digər futbolçusu Rodriqo Qoesin də "Borussiya" ilə matçda zədələndiyi və La Liqanın 11-ci turunda "Barselona"ya qarşı matçda oynamayacağı barədə informasiya yayıb.
Qeyd edək ki, "Real Madrid" - "Barselona" matçı oktyabrın 26-da keçiriləcək. Hazırda 27 xalı olan Kataloniya təmsilçisi turnir cədvəlinin 1-ci, "Kral klubu" isə 24 xalla 2-ci pilləsində qərarlaşıb.
Nihat