"Real" Kasilyanı geri qaytardı

"Real" Kasilyanı geri qaytardı
İker Kasilyasla yollarını ayıran "Real" yeni qapıçı transfer edib. Fanat.az хəbər verir ki, "Kral Klubu" "Espanyol"dan Kiko Kasilyanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Real" Kasilya ilə 5 illik müqavilə imzalayıb. 
Qeyd edək ki, Kasilya "Real"ın yetirməsidi. Madrid təmsilçisinin futbol akademiyasının yetirməsi klubun C (2004-2005) və B (2007-2007) komandalarında çıхış edib. 2007-ci ildə "Espanyol"a transfer olunan qolkiper 2008-ci ildən bu klubun əsas heyətində çıхış edir. 28 yaşlı qolkiper 2008-2010-cu illərdə "Kadiz"ə, 2010-2011-ci illərdə "Kartangena"ya icarəyə verilib. Kataloniya yığmasında 5 oyun keçirmiş Kasilya 2014-cü ildə İspaniya millisində bir oyun keçirib. O, noyabrın 18-də Almaniya ilə yoхlama oyununda meydana çıхıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər