"Real" İspaniya çempionu oldu - 33-cü dəfə

"Real" İspaniya çempionu oldu - 33-cü dəfə

İspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, çempionun adı son turda müəyyənləşib. 

"Real" son turda "Malaqa"nın qonağı olub və 2:0 hesablı qələbə qazanaraq "Barselona" ilə 3 xallıq fərqi qoruyaraq çempionluğu bayram edib. Bu "Kral Klubu"nun 115 illik tarixində 33-cü çempionluq olub. "Real" 2011/12 mövsümündən sonra çempion ola bilməmişdi.

"Barselona" evdə "Eybar" üzərində çətin qələbə qazanaraq ikinci pilləni tutub.

Mövmsümün yekunlarına əsasən, "Real", "Barselona", "Atletiko" və "Sevilya" Çempionlar Liqasına, 5-6-cı pillələrin sahibləri - "Vilyarreal" və "Real Sosyedad" Avropa Liqasına vəsiqə qazanıb.

Son 3 pilləni tutan "Sportinq", "Osasuna" və "Qranada" aşağı diviziona düşüb. Aşağı liqadan "Levante" və "Girona" La Liqaya vəsiqə qazanıb. Son vəsiqənin sahibi "pley-off"da müəyyənləşəcək.

Mövsümün bombardiri Lionel Messi olub. "Barselona"nın ulduzu 37 dəfə fərqlənib. Kataloniya klubundan Luis Suares 29, "Real"dan Kriştiano Ronaldo 25 qola imza atıb.

La Liqa

2016/17 mövsümü

XXXVIII tur

 

19 may

“Qranada” – “Espanyol” 1:2

Qollar: Pereyra, 22 - Baptistao, 3, Vezo, 8 (öz qapısına) 

 

20 may

“Sportinq” – “Betis” 2:2

Qollar: Perreyra, 7, Karmona, 79 – Kastro, 22, 59

“Leqanes” – “Alaves” 1:1

Qollar: Timor, 89 – Krstiçiç, 64

 

“Deportivo” – “Las Palmas” 3:0

Qollar: Andone, 4, 28, Gil, 39

“Sevilya” – “Osasuna” 5:0

Qollar: Vitolo, 10, 80, Vazkez, 20, 60, Yovetiç, 35

 

21 may

“Atletiko” – “Atletik” 3:1

Qollar: Torres, 8, 11, Korrea, 89 - Villiams, 71

“Selta” – “Real Sosyedad” 2:2

Qollar: Aspas, 54, Hyulşaqer, 90 - Oyarzabal, 82, Xuanmi, 90+4

“Valensiya” – “Vilyarreal” 1:3

Qollar: Nani, 54 - Soldado, 1, Tirqueros, 58, Sansone, 88

“Barselona” – “Eybar” 4:2

Qollar: Yunka, 63 (öz qapısına), Suarez, 73, Messi, 76 (pen.), 90+2 - İnui, 7, 61

 

“Malaqa” – “Real” 0:2

Qollar: Ronaldo, 2, Benzema, 55

1.Real382963106:4193

2.Barselona382864116:3790

3.Atletiko38239670:2778

4.Sevilya38219869:4972

5.Vilyareal381910956:3367

6.Real Sosyedad381971259:5364

7.Atletik381961353:4363

8.Espanyol3815111249:5056

9.Alaves3814131141:4355

10.Eybar381591456:5154

11.Malaqa3812101649:5546

12.Valensiya381371856:6546

13.Selta Viqo381361953:6945

14.Las Palmas381091953:7439

15.Betis381091941:6439

16.Deportivo388121843:6136

17.Leqanes388111936:5535

18.Sportinq387102142:7231

19.Osasuna384102440:9422

20.Qranada38482630:8220

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər