"Real" iki ulduzunu satır. Fanat.az xəbər verir ki, "Kral Klubu" Ceyms Rodrigeslə bir neçə gün əvvəl "Yuventus"dan geri qaytardığı Alvaro Moratanı satmaq qərarına gəlib.
Buna səbəb klub rəhbərliyinin baş məşqçi Zinəddin Zidanın istədiyi transferləri həyata keçirmək üçün maliyyə qaynağa yaratmaq istəyidi. "Real" iki ulduzuna 150 milyon avro qiymət qoyub.
Ceyms Rodriges 2014-cü ildə "Monako"dan "Real"a 75 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub. Kolumbiyalı ulduz iki mövsümdə "Real"ın heyətində 78 oyun keçirib və 25 qol vurub.

"Real" öz yetirməsi olan Alvaro Moratanı 2014-cü ildə "Yuventus"a 20 milyon avroya satmışdı, bir neçə gün əvvəl 30 milyona geri qaytarıb. "Transfermarkt" ispan ulduza 30 milyon avro qiymət qoyub. 23 yaşlı yarımmüdafiəi "Yuventus"da keçirdiyi iki mövsümdə 93 oyuna çıxıb və 27 qol vurub.

Fanat.az