"Real" dünən qapısına qol vuran ulduzu istəyir

"Real" dünən qapısına qol vuran ulduzu istəyir

"Real" "Atletiko"nun ulduzunu hədəfə alıb. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Antoine Qrizmannı heyətinə qatmaq istəyir.

"L`Equipe"in iddiasına görə, "Real" dünən Madrid derbisində qapısına qol vuran fransız ulduz üçün təklif göndərməyə hazırlaşır. "Kral Klubu"nun bu transferi reallaşdırmaqda qərarlı olduğu bildirilir.

"Mançester Yunayted" başda olmaqla bir çox Avropa nəhənginin hədəfində olan Qrizmann 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya 30 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu hücumçunu Madrid klubunun 100 milyondan aşağı qiymətə satmayacağı deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər