"Real" daha bir ulduzunu satdı - 30 milyona

"Real" daha bir ulduzunu satdı - 30 milyona

Alvaro Moratanı "Çelsi"yə satan "Real" daha bir ulduzunu yola salır. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Danilonu da İngiltərəyə göndərir.

Məlumata görə, "Real" "Mançester Siti"nin braziliyalı müdafiəçi üçün göndərdiyi təklifi qəbul edib. İngiltərə klubu ispanlara 30 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Real" Danilonu 2015-ci ildə "Portu"dan 31,5 milyon avroya alıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər