İspaniya La Liqasında XXXVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, sona bir tur qalmış çempionluq uğrunda mübarizə aparan komandalar xal itirib.
Lider "Atletiko" evdə "Malaqa" ilə sülh bağlayıb - 1:1. "Barselona" səfərdə "Elçe" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb. "Real" isə "Selta"ya yenilib.
Bu nəticələrdən sonra "Real" çempionluq şansını itirib. Aktivində 84 xal olan "Kral Klubu" sona 1 tur qalmış liderdən 5 xal geridədi.
Çempionluq mübarizəsi "Atletiko" və "Barselona" arasında gedir. Madrid və Kataloniya klubları son turda "Nou Kamp"da qarşılaşacaq. Hazırda "Atletiko"nun 89, "Barselona"nın 86 xalı var.
Fanat.az