"Real" braziliyalı vunderkindlə razılaşdı- RƏSMİ

"Real" braziliyalı vunderkindlə razılaşdı- RƏSMİ

Madrid “Real”ı “Flamenqo”nun 16 yaşlı hücumçusunu heyətinə qatır. Fanat.Az xəbər verir ki, Vinisius Juniorun ağ futbolkanı geyinəcəyiylə bağlı “kral klubu”nun rəsmi saytında məlumat verilib.

Transfer 2018-ci ilin yayında rəsmən qüvvəyə minəcək. İstedadlı yeniyetmə “Real”a gələnədək indiki klubunda oynayacaq.

Qeyd edək ki, Vinisius 2 turu geridə qalan Braziliya çempionatında komandasının keçirdiyi hər iki matçın sonlarında forma şansı qazanıb.

 Fanat.Az   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər