"Real" Ardanı da itirdi, Militaonu da - RƏSMİ

"Real" Ardanı da itirdi, Militaonu da - RƏSMİ

"Real Madrid"in iki futbolçusu zədələnib.

Fanat.Az Madrid təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Alaves"i 2:1 hesabı ilə məğlub etdikləri oyunun ilk yarısında meydanı tərk etmək məcburiyyətində qalan müdafiəçi Eder Militaonun zədəsi ciddi çıxıb.

Onun ikibaşlı sol omba əzələsində problem yarandığı aşkarlanıb.

Maraqlıdır ki, "kral klubu"nun türk yarımmüdafiəçisi Arda Güler də oxşar aqibətlə üzləşib. Arda "Valensiya" ilə oyun ərəfəsində məşqdə xəsarət alıb. Müayinə zamanı 21 yaşlı yarımmüdafiəçinin sağ ikibaşlı omba əzələsinin zədələndiyi müəyyənləşib.

Nüfuzlu AS nəşri böyük ehtimalla, hər iki futbolçunun mövsümün qalan bölümündə "Real"a kömək edə bilməyəcəklərini vurğulayıb.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər