"Real" Andrey Lunini bu kluba satır - MƏBLƏĞ

"Real" Andrey Lunini bu kluba satır - MƏBLƏĞ

"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır. 

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, o, "Arsenal"a keçmək üzrədir.

Mənbə "topçular"ın baş məşqçisi Mikel Artetanın 25 yaşlı qolkiperin transferini şəxsən istədiyini vurğulayıb. Xəbərə görə, "Real" Lunini 25 milyon avroya satmağa hazırdır. London təmsilçisinin Almaniyada keçirilən Avropa çempionatından sonra "Kral klubu"na rəsmi təklif göndərəcəyi bildirilib.

Qeyd edək ki, Lunin ötən mövsüm "Real" forması ilə 32 matça çıxıb və bunların 12-də qol buraxmayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər