"Real" Ançelottinin getdiyini açıqladı

"Real" Ançelottinin getdiyini açıqladı

"Real Madrid" klubu baş məşqçi Karlo Ançelotti ilə əməkdaşlığa son qoyulduğunu bəyan edib.

Fanat.Az xəbər verir ki, informasiyanı İspaniya nəhənginin mətbuat xidməti məlumat yayıb.

2021-ci ildən "Real"ı çalışdıran təcrübəli mütəxəssis 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda Klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi olub. O, 2 dəfə İspaniya Superkubokunu və eyni sayda ölkə kubokunu da qazanıb.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə də "Real"a rəhbərlik edib. O, ümumilikdə qazandığı 15 titulla "Real" tarixinin ən uğurlu baş məşqçisi sayılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər