"Real" 75 milyonluq ulduzunu bu kluba verdi - RƏSMİ

"Real" 75 milyonluq ulduzunu bu kluba verdi - RƏSMİ

Xames Rodriges "Real"dan ayrılıb. Fanat.Az xəbər verir ki, kolumbiyalı ulduz "Bavariya"da çıxış edəcək.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Klublar arasındakı anlaşmaya görə, Rodriges qarşıdakı iki mövsümdə icarə əsasında "Bavariya"da çıxış edəcək. Almaniya klubunun iki il sonra futbolçunun transfer hüququnu almaq haqqı var.

"Bavariya" "Real"a icarə haqqı olaraq 10 milyon avro ödəyəcək. Almanlar 2019-cu ildə 35 milyon avro ödəməklə Rodrigesin transfer haqqını ala bilər.

Qeyd edək ki, "Real" 25 yaşlı yarımmüdafiəçini 2014-cü ildə "Monako"dan 75 milyon avroya almışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər