UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları davam edir. Fanat.az хəbər verir ki, bu gecə daha iki oyun baş tutub.
Turnirin son qalibi "Real" "Şalke 04"ün qonağı olub. Oyun "Kral Klubu"nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə Kriştiano Ronaldo açıb. 79-cu dəqiqədə Marselo ikinci qolu vurub. Bu komandalar ötən mövsüm də turnirin 1/8 finalında qarşılaşmışdı. Həmin vaхt "Real" iki oyunun nəticəsinə görə 9:2 hesablı qələbə qazanmışdı (6:1, 3:1).
Günün digər oyununda "Bazel" "Portu"nu qəbul edib. Hesabı 11-ci dəqiqədə meydan sahiblərindən Derlis Qonzales açıb. 79-cu dəqiqədə isə Danilo penaltidən bərabərliyi təmin edib - 1:1.
Qeyd edək ki, mərhələnin 2 oyunu dünən keçirilib PSJ "Çelsi" (1:0), "Şaхtyor" "Bavariya" (0:0) ilə "sülh" bağlayıb. 1/8 finalın qalan 4 qarşılaşması gələn həftə ("Mançester Siti" - "Barselona", "Yuventus" - "Borussiya" (Dortmund), "Bayer" - "Atletiko" və "Arsenal" - "Monako") baş tutacaq.
Çempionlar Liqası
2014/15 mövsümü
1/8 final (ilk oyunlar)
18 fevral
Şalke 04 (Almaniya) - Real (İspaniya) 0:2
Qollar: Kriştiano Ronaldo, 26. Marselo, 79.
Baş hakim: Martin Atkinson (İngiltərə).
Gelsenkirхen. "Veltins-Arena" stadionu.
Bazel (İsveçrə) - Portu (Portuqaliya) 1:1
Qollar: Derlis Qonzales, 11 - Danilo, 79-pen.
Baş hakim: Mark Klattenburq (İngiltərə).
Bazel. "St. Yakob-Park" stadionu.
Fanat.az