"Real" 18 yaşlı ulduz üçün sərvət ödəyəcək

"Real" 18 yaşlı ulduz üçün sərvət ödəyəcək

"Real" 18 yaşlı futbolçu transfer etmək istəyir. Fanat.Az "Sposito"ya istinadən xəbər verir ki, "Kral Klubu" "Mançester Siti"dən Brahim Diazı hədəfə alıb.

"Brahim Diazı Mançesteri tərk etməyə razı sala biləcək yeganə klub "Real"dı. Artıq Madrid klubu onu izləməyə başlayıb. "Real"ın prezidenti Florentino Perezlə "Mançester Siti"nin sahibi Şeyx Mansur arasında yaxşı əlaqələr var. Bu münasibətlər transferin reallaşmasına yardımçı ola bilər" deyə "Sposito" yazır.

Qeyd edək ki, Brahim Diaz 2013-cü ildə "Malaqa"dan "Mançester Siti"yə 350 min avroya transfer olunub. Cari  mövsımüün əvvəlində Premyer Liqanın klubunun əsas heyətinə cəlb olunan 18 yaşlı yarımmüdafiəçi İspaniya U-21-nin üzvüdü. "Real"ın onun üçün 50-70 milyon avro aralığında transfer haqqı ödəyəcəyi deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər