"Real Madrid"in prezidenti Florentino Peres komandanın "Barselona"ya 0:4 hesabı ilə məğlubiyyəti ilə barışmır.
Fanat.Az xəbər verir ki, klub funksioneri zədəli Tibo Kurtuanın yoxluğunda "çərçivə"də dayanan ukraynalı qolkiper Andrey Lunindən narazı qalıb.
İnformasiyanı "Realmadridexclusivo" yayıb. Mənbənin məlumatına görə, "Real"ın prezidenti yeni qapıçı almaq üçün təlimat verib. Artıq Madrid nəhənginə keçməyə əsas namizəd də bəllidir. Söhbət "Lill"in qapıçısı Luka Şevalyerdən gedir. Fransız qolkiperin transfer qiyməti 25 milyon avrodur.
Qeyd edək ki, “Real” İspaniya La Liqasının 11-ci turu çərçivəsində doğma meydanda “Barselona”ya 0:4 hesabı ilə uduzaraq fiaskoya uğrayıb. Kataloniya klubu 30 xalla liderliyini möhkəmləndirib, "Real" isə əzəli rəqibindən 6 xal geri qalır.
Mirağa