"Real” Türkiyəyə gəlir

"Real” Türkiyəyə gəlir

Madrid "Real"ı stadion açılışında iştirak etmək üçün Türkiyəyə gələcək. Fanat.az xəbər verir ki, ispanlar “Bursaspor”un təklifinə razılıq verib. 

Danışıqlara əsasən, Madrid nəhəngi qardaş ölkəyə tam heyətlə gələcək. Bu barədə Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəp Altəpə məlumat verib. Bursada inşa edilən yeni "Timsah Arena"nın inşası artıq bitmək üzrədi. Stadionun açılış matçında qonaq qismində məhz La Liqa nəhəngi olacaq. Bu barədə dəqiq tarix isə hələ ki, açıqlanmayıb.//“Qafqazinfo”

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər