“Əlbəttə istəməzdik evdəki son oyunda məğlub olaq. Təəssüf ki, istədiyimiz alınmadı”. Fanat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov "Tottenhem"lə oyundan sonra fikirlərini bildirib: "Qol epizodlarını yada salsaq, şanssızlıq olduğunu deyə bilərik. Amma nəticə oyuna görə oldu".
Baş məşqçi təcrübələrinin ildən-ilə artdığını vurğulayıb: "Püşk atılanda komandaların gücünün fərqində idik. Futbolçularım əllərindən gələni etdilər. Təcrübəmiz də var. Amma təqvimin sıxlığını da nəzərə almaq lazımdı. Sona qədər çatdırmaq çətindi. Təcrübəmiz ildən-ilə artır. Yəqin ki, İngiltərə klubuna qarşı oynamaq özü bir təcrübədi. Amma 1-2 ilə təcrübə bəs etməz. Belə rəqiblərə qarşı gərək illərlə mübarizə aparasan".
Qurbanov "Növbəti mərhələyə şans varmı" sualına belə cavab verib: "Var desəm, yalan olar, desəm yoxdu, yenə yalan olar. Real baxmaq lazımdı, çox çətindi".
Fanat.az