"Rabitə" bürünc medal qazandı

"Rabitə" bürünc medal qazandı

Qadın voleybolçular arasında Çempionlar Liqasının 2013/14 mövsümünə yekun vurulur. Fanat.az xəbər verir ki, Bakıda təşkil olunan "Dördlər finalı"nda bürünc medallar uğrunda oyun artıq başa çatıb.

Üçüncü yer uğrunda oyunda "Rabitə" Türkiyənin "Eczaçıbaşı" klubunu sınağa çəkib. "Dinamo"ya (Kazan, Rusiya) uduzaraq finala çıxa bilməyən təmsilçimiz Türkiyə klubuna heç bir şans verməyib. Bundan əvvəl iki dəfə finala çıxan və gümüş medal qazanan "Rabitə" bu dəfə bürünc medallara sahib çıxıb. 

Qeyd edək ki, final oyunu hazırda "Dinamo" və Türkiyənin "Vakıfbank" klubları arasında davam edir.

Voleybol

Dördlər finalı

3-cü yer uğrunda oyun

16 mart

Rabitə (Azərbaycan) - Eczaçıbaşı (Türkiyə) 3:0 (25:21, 25:12, 27:25)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər