"Qurban Qurbanov xüsusi nəsə tapşırmamışdı" - Muarem Muarem

"Qurban Qurbanov xüsusi nəsə tapşırmamışdı" - Muarem Muarem
Premyer Liqanın XXII turu çərçivəsində keçirilən "Qarabağ" - "Neftçi" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Fanat.az xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Muarem Muarem qarşılaşmadan sonra qələbəbi belə şərh edib:
"Oyunun çətin keçəcəyini bilirdik. Buna görə də, qarşılaşmaya yaxşı hazırlaşmışdıq. 3 xalı qazandığımız üçün sevincliyik. Rəqib də yaxşı oynadılar. Mən də tədricən öz formamı bərpa etməyə çalışıram. Bunun üçün çox məşq edirəm. Xeyli müddət oynamamağım öz təsirini göstərir. Oyunlar sakit, qalmaqaldan uzaq olmalıdı. Qurban Qurbanov xüsusi nəsə tapşırmamışdı. "Çıxın, öz oyununuzu oynayın" dedi. Hər məşqdə maksimum çalışıram. Məşqçi kimin oynayacağı ilə bağlı qərarı özü verir. Ona görə, əsas heyətdə meydana çıxıb-çıxmamağı çox da problem etmirəm. Çempionluqdan danışmaq hələ çox tezdi. Qarşıda oyunlarımız var, arxayınlaşmaq olmaz". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər