"Qurban Qurbanov icazə versə, Türkiyədə oynayacam"

"Qurban Qurbanov icazə versə, Türkiyədə oynayacam"

"Qarabağ"ın oyunçusu Qara Qarayev Türkiyə superliqasında oynayan "Mersin İdmanyurdu"ndan təklif alıb. Fanat.az xəbər verir ki, bu haqda  futbolçunun özü məlumat verib. 

O, "Mersin İdmanyurdu"na "Qarabağ"la müqaviləsinin davam etdiyini deyib: "Mən onlara bu məsələyə görə kluba müraciət etməyi məsləhət gördüm".

Qara bildirib ki, uzun illərdir "Qarabağ"da oynayır. Onun sözlərin görə, komandanı yalnız Qurban Qurbanovun razılığı olandan sonra tərk edə bilər: "O, müsbət cavab versə, Türkiyədə oynamağa etiraz etmirəm".

Qeyd edək ki, Bülənt Qorxmazın baş məşqçisi olduğu "Mersin İdmanyurdu" bu mövsüm ciddi maliyyə böhranı keçirir. Komandanın futbolçuları ötən ay maaşlarının gecikdirilməsibə etiraz olaraq məşqə çıxmayıblar. Futbolçular problemləri həll olunmasa, Türkiyə superliqasında növbəti turun oyununda iştirak etməyəcəklərini bildiriblər.(qol.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər