“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin Türkiyənin "Fənərbaxça" klubu ilə yoldaşlıq matçından (0:4) sonra azerisport.az saytına müsahibəsi - Oyun haqda nə deyə bilərsiz?- Bu, yoldaşlıq oyunu idi. Şou xarakteri daşıyırdı. Biz bu oyuna Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibimiz “Maccabi” (Hayfa, İsrail) cavab görüşünə hazırlıq gözüylə baxırdıq. Müxtəlif mövqelərdə bəzi yoxlamalar apardıq. - Deyəsən sizin vurğuladığınız şounu yalnız qonaqlar göstərə bildilər...- Düzdü, 0:4 hesabıyla uduzduq. Amma buna baxmayaraq, nəticə bizim üçün əhəmiyyət daşımırdı. Şou sadəcə azarkeşlərə lazım idi. Ümid edirəm ki, onlar istəklərinə çatdılar. -"Fənərbaxça"nın qapısına ən azı bir qol vurmağınıza nə mane oldu? Axı azarkeşlər sizdən qol gözləyirdilər...- Biz sadəcə bir qol vurmaq üçün yox, qələbə qazanmaq üçün meydana çıxmışdıq. Amma səviyyə fərqi buna mane oldu. - Yəni belə rəqiblər Azərbaycan klublarının dişinə görə deyil?- (gülümsəyir) ""Fənərbaxça" ilə “Xəzər Lənkəran”ı müqayisə etmək ağılsızlıq olardı. Tamamilə fərqli komandalardı. - “Maccabi” ilə cavab oyunu ərəfəsində bu görüşə nə dərəcədə ehtiyac var idi? Yorğunluq olmayacaq ki?- Həmin oyuna qədər bərpa prosesi üçün vaxtımız var. Problem olmamalıdı. - “Maccabi”yə 2 cavabsız qolla uduzduğunu nəzərə alsaq, komandanızın cavab matçındakı şanslarını necə qiymətləndirə bilərsiz?- Şansımız hələ də var. Niyə də “Maccabi”ni keçməməliyik? - İlk oyun göstərdi ki, “Xəzər Lənkəran” indiki heyətlə bu rəqibdən iki qolun əvəzini artıqlamasıyla çıxmağa qadir deyil...- Bəli, biz İsraildə çox pis oynadıq. Amma bu, bizim şanslarımızı azaltmır. Biz orda 2-3 qol vəziyyəti yaratdıq. Sadəcə, dəyərləndirə bilmərdik. İndi bunu evdə etməliyik. - Komandanız qol buraxmamaq şərti ilə 3 qol vurmalıdı...
- Çalışacağıq. Bəs onda müdafiə xətti bizim nəyimizə lazımdı?
İdman24.az