"Quba"nın yeni baş məşqçisi bəlli oldu

"Quba"nın yeni baş məşqçisi bəlli oldu

2-ci Liqa təmsilçisi "Quba"nın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən kollektiv İsmayıl Məmmədova tapşırılıb.

"Quba"nı Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün "Xankəndi"yə qarşı evdə keçirəcəyi oyuna da məhz Məmmədov çıxaracaq.

Xatırladaq ki, bir müddət öncə Quba təmsilçisini tərk edən Elvin Həsənov "Şəki Siti" ilə yollarını ayıran Bəhmən Həsənovun yerini tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər