"Quba" cinah müdafiəçisini heyətinə qatdı

"Quba" cinah müdafiəçisini heyətinə qatdı

Ötən mövsüm 2-ci Liqa təmsilçisi "Şəmkir"in ən yaxşı oyunçularından olan Nicat Oruclunun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sol cinah müdafiəçisi "Quba" ilə anlaşıb.

Nicat artıq şimal təmsilçisinin düşərgəsindədir və komandanın keçirdiyi yoxlama oyunlarında da iştirak edib.

Xatırladaq ki, "Şəmkir"i Azərbaycan millisinin sabiq hücumçusu, gənc mütəxəssis Vüqar Nadirov çalışdırır. Qərb təmsilçisi onun rəhbərliyi altında ötən mövsümü 50 xalla 5-ci yerdə başa vurub. 4-cü olan "Quba" isə 1-ci Liqada 9-cu pilləni tutmuş "Difai" ilə pley-off matçına çıxıb və 1:3 hesabı ilə yenilərək 2-ci Liqada qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər