2-ci Liqa təmsilçisi "Quba" yeni mövsümə yeni baş məşqçi ilə başlayacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Elvin Həsənovla yollarını ayıran klubun yeni çalışdırıcısının kim olacağı indilik dəqiqləşməyib.
Çempionluğu hədəfləyən bölgə təmsilçisi bir neçə mütəxəssisin təyinatını nəzərdən keçirir.
Xatırladaq ki, ötən mövsüm 2-ci Liqada 51 xalla 4-cü yeri tutmuş, pley-off matçında "Difai"yə uduzaraq 1-ci Liqaya yüksələ bilməmişdi.
Nihat