"Qornaço bütün komandanın şam yeməyinin hesabını ödəyəcək" - Ruben Amorim

"Qornaço bütün komandanın şam yeməyinin hesabını ödəyəcək" - Ruben Amorim

İngiltərə Premyer Liqasının 27-ci turunda evdə "İpsviç Taun"u 3:2 hesabı ilə yenən "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim sözügedən matçın 45-ci dəqiqəsində əvəzlənərkən birbaşa paltardəyişmə otağına yollanan hücumçu Alexandro Qornaço ilə nə danışdığını açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Manchester Evening News" belə çatdırıb:

"Qornaço yanıma gəldi. Onun ertəsi gün bunu etməsi maraqlı oldu. Araşdırma apardım və məlum oldu ki, Akexandro paltardəyişmə otağına meydanda islanan geyimini dəyişmək məqsədilə yollanıb. Onun matçı ehtiyat oyunçular skamyasından izləməməsində qorxulu nəsə yoxdur. Amma "Mançester Yunayted" kimi klubda hər şey, eyni zamanda düzgün anlayış da önəmlidir. Qarnaço bütün komandanın şam yeməyinin hesabını ödəyəcək".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər