"Qol vurmağa ustalıq səviyyəmiz çatmadı" - MY-nin baş məşqçisi

"Qol vurmağa ustalıq səviyyəmiz çatmadı" - MY-nin baş məşqçisi

İngiltərə Premyer Liqasının (İPL) 30-cu turu çərçivəsində dünən keçirilən oyunda səfərdə "Nottingem Forest"ə uduzan (0:1) "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim yenilgini şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Erkən qol rəqibin istədiyi futbolu sərgiləməsinə şərait yaratdı. Biz tez-tez rəqibin cərimə meydançasına yaxınlaşsaq da, qol vurmağa ustalıq səviyyəmiz çatmadı. Bundan başqa, ələ düşən fürsətlərdən yararlanmaq üçün bəxtimizin də gətirmədiyini düşünürəm".

Qeyd edək ki, oyundakı yeganə qola 5-ci dəqiqədə Entoni Elanqa imza atıb. 30 oyuna 37 xal toplayan "qırmızı şeytanlar" İPL-in turnir cədvəlinin 13-cü, 57 xala malik "meşəbəyilər" isə 3-cü pilləsində mövqe tutublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər