"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik"- Samir Əliyev

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik"- Samir Əliyev

"Qol buraxmamaq, heç-heçə etmək istəyirdik. Sonda qələbə qazanmaq daha xoş oldu". Fanat.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Samir Əliyev deyib.

 

Topaz Premyer Liqasının 2-ci turunda "Neftçi"ni qəbul edən “Səbail” elita səhnəsində ilk zəfərinə sevinib. Əliyev oyundan sonra düzənlənən mətbuat konfransında jurnalistlər önünə çıxıb:

 "Zirə”yə qarşı oynadığımızdan daha yaxşı göründük. Vurduğumuz qola qədər də müəyyən imkanlarımız olmuşdu. Təcrübəsizlik üzündən dəyərləndirə bilmədik. Komandam fiziki cəhətdən hələ arzulanan səviyyədə deyil. Ona görə də 60-cı dəqiqədən sonra dayandıq. Əvvəlki oyundakından daha az səhv etməyimiz müsbət məqam sayıla bilər".

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər