"Qızıl top"un sahibi açıqlandı

"Qızıl top"un sahibi açıqlandı

"Qızıl top" mükafatının sahibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, Fransanın "France Football" nəşrinin keçirdiyi sorğuda qalib adına gözlənildiyi kimi Portuqaliya yığmasının və İspaniya "Real"ının futbolçusu Kriştiano Ronaldo layiq görülüb.

Ulduz futbolçu bu il Avropa çempionu və Çempionlar Liqasının qalibi olub. O, "Barselona"nın argentinalı üzvü Lionel Messini və "Atletiko"nun fransız forvardı Antoine Qrizmanı qabaqlayıb. 

"Qızıl top"un sahibi açıqlandı

Qeyd edək ki, əvvəlki illərdə "Qızıl top" və FIFA-nın təsis etdiyi ilin futbolçusu nominasiyası birləşdirilsə də, bu il hər mükafat ayrılıqda öz sahibini tapıb. 2010, 2011, 2012 və 2015-ci illərdə Lionel Messi, 2008, 2013 və 2014-cü illərdə Kriştiano Ronaldo qalib adını qazanıb.

"Qızıl top"un sahibi 173 jurnalistin səsverməsi nəticəsində müəyyənləşir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər