"Qızıl top"u yenə istəyirəm" - Ronaldo

"Qızıl top"u yenə istəyirəm" - Ronaldo

"Real"ın və Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo 4-cü dəfə "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib. Fanat.Az xəbər verir ki, 31 yaşlı hücumçu bu mükafatı 2017-ci ildə qazanmaq üçün də əlindən gələni edəcəyini deyib: 

"Bu, mənim işimdi. Həmişə ən yaxşı olmağa çalışıram. Ancaq mənim üçün əsas komanda və onun titullarıdı. "Real"la Portuqaliya millisi qalib gəlmirsə, onda mən də qələbə qazanmıram. Buna görə komanda mənin üçün birinci növbədədi.

İlk dəfə mükafatı qazandığım zaman keçirdiyim hissləri indi də hiss edirəm. Arzum yenidən gerçək oldu. Mən heç vaxt təsəvvür etmirdim ki, bu mükafatı 4-cü dəfə qazanacağam. Klubda və yığmada komanda yoldaşlarıma minnətdaram. Mən çox qürurlu və xoşbəxtəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər