"Qızıl top"a namizədlər bəllidi

"Qızıl top"a namizədlər bəllidi

FİFA “Qızıl top”a namizədlərin siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, ali futbol qurumuyla mükafatın təsisçisi “France Football”ın birgə tərtib etdiyi siyahıda 23 futbolçunun adı var.

 

 Siyahı belədi: Andres İnyesta, Xavi (hər ikisi İspaniya), Qaret Beyl (Uels) Luis Suares, Edinson Kavani (hər ikisi Uruqvay), Radamel Falkao (Kolumbiya), Eden Hazard (Belçika), Zlatan İbrahimoviç (İsveç), Filipp Lam, Bastian Şvaynştayger, Mesut Özil, Tomas Müller, Manuel Noyer (hamısı Almaniya), Robert Levandovski (Polşa), Lionel Messi (Argentina), Tiaqo Silva, Neymar (Braziliya), Andrea Pirlo (İtaliya), Frank Riberi (Fransa), Robin van Persi, Aryen Robben (hər ikisi Hollandiya), Kriştianu Ronaldo (Portuqaliya) və Yaya Ture (Kot d`İuvar).

 

 Mükafat sahibinəmillilərin baş məşqçilərinin və kapitanlarının, jurnalistlərin səslərinin nəticələrinə əsasən veriləcək. Qalibin adı gələn il yanvarın 13-də bilinəcək. Dünya futbol ictimaiyyəti iştirak etdiyi bütün turnirlərdə uğur qazanan Frank Riberinin son dörd ildə qalib olan Messini və argentinalının əsas rəqibi Ronaldonu üstələyəcəyini düşünür.

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər