Amerika Kuboku başa çatıb, Avropa çempionatı yekunlaşmaq üzrədi. Digər yarışlarla yanaşı, bu iki turnir "Qızıl top" (Ballon d`Or) mükafatının qalibinin müəyyənləşməsi baxımından önəmlidi.
Bəs 2016-cı ilin ən yaxşı futbolçusu kimi ola bilər? "Qızıl top"a ən real namizədlərin siyahısını təqdim edirik.
1. Kriştiano Ronaldo - "Real", Portuqaliya
2. Antoine Qrizmann - "Atletiko", Fransa
3. Lionel Messi - "Barselona", Argentina
4. Qaret Beyl - "Real", Uels
5. Canluici Buffon - "Yuventus", İtaliya
6. Neymar - "Barselona", Braziliya
7. Dmitri Payet - "Vest Hem", Fransa
8. Luis Suares - "Barselona", Urugvay
9. Paul Poqba - "Yuventus", Fransa
10. Robert Levandovski - "Bavariya", Polşa
11. Andres İnyesta - "Barselona", İspaniya
12. Riyad Mahrez - "Lester", Əlcəzair
13. Luka Modriç - "Real", Xorvatiya
14. Tomas Müller - "Bavariya", Almaniya
Qeyd edək ki, "Ballon d`Or" əvvəlki mövsümün ən yaxşı futbolçusuna verilən mükafatdı. Ən yaxşı futbolçu dünyanın hər yerindən milli komandaların baş məşqçiləri, kapitanları və jurnalistlər arasında keçirilən sorğuda müəyyənləşir.
Bu mükfat 2010-cu iddə "France Football"un verdiyi "Ballon d`Or"la FIFA-nın keçirdiyi "İlin futbolçusu" mükafatları birləşdirərək yaradılıb. İndiyədək 4 dəfə Lionel Messi, 3 dəfə Kriştiano Ronaldo ən yaxşı seçilib.
Fanat.az