2015-ci il "Qızıl top" mükafatına namizədlərin sayı azaldılıb. Fanat.az FIFA-nın rəsmi saytına istinadən хəbər verir ki, ilin ən yaхşı futbolçusu adına 3 namizəd qalıb.
Son mərhələdə "Qızıl top" uğrunda "Barelona"dan Lionel Messi və Neymar, "Real"dan isə Kriştiano Ronado mübarizə aparacaq.
Qadınlar arasında ən yaxşı futbolçu adı uğrunda isə Çarli Lloyd (ABŞ, “Hyuston Daş”), Aya Miyama (Yaponiya, “Okayama Yunoqo”) və Sella Şaşiç (Almaniya, “Frankfurt”) mübarizə aparacaq.
Qeyd edək ki, mükafatların sahibləri 2016-cı il yanvarın 11-də İsveçrənin Sürixdə elan ediləcək.
Fanat.az