"Qızıl top": namizədlər məlum oldu

"Qızıl top": namizədlər məlum oldu

FİFA "Qızıl top" mükafatına namizədlərin adlarını açıqlayıb. Fanat.az xəbər verir ki, şort-vərəqdə ən çox nümayəndəsi olanlar "Bavariya" və "Real"dı.

Almaniya nəhənginin sıralarında fəxri mükafat uğrunda mübarizə aparacaq futbolçular bunlarıdı:  Mario Götse, Filipp Lam, Tomas Müller, Manuel Noyer, Aryen Roben, Bastian Şvaynştayger.

"Kral klubu"ndan isə bu oyunçular "seçilmişlər sırası"na daxil edilib: Qaret Beyl, Kərim Benzema, Kriştiano Ronaldu, Toni Kroos, Serxio Ramos, Hames Rodriges.

Fəxri mükafat uğrunda qiyabi yarışmada "Barselona"nın 4 təmsilçisi yer alıb: Andreas İnyesta, Xavyer Maskerano, Lionel Messi, Neymar.

Daha 4 klubdan hərəyə 1 namizədin adı siyahıda yer alıb: Anhel di Mariya, ("Mançester Yunayted"), Zlatan İbrahimoviç (PSJ), Yaya Ture ("Mançester Siti"), Pol Poqba ("Yuventus").

Dekabrın 1-də 3 namizədin adı  açıqlanacaq, qalib isə 2015-ci ilвэ yanvarın 15-də təntənəli mərasimdə mükafatına qovuşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər