"Qızıl kanalı"mız bağlanmadı: Tokioda güləş olacaq

"Qızıl kanalı"mız bağlanmadı: Tokioda güləş olacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 125-ci sessiyasında güləş idman növü ilə bağlı tarixi qərar verilib. Fanat.az xəbər verir ki, bu ilin fevralında güləşin 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı qərar qəbul edən BOK fikrindən vaz keçib.

7 ildən sonra Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının proqramında güləş idman növü də olacaq. Xatırladaq ki, 4 illiyin zirvə yarışında təmsil olunmaq üçün güləşlə yanaşı, beysbol/softbol və skvoş idman növləri də mübarizə aparırdı. Amma BOK üzvlərinin səsverməsi nəticəsində güləş səslərin yarıdan çoxunu (49) yığaraq, beysbol/softbol (24) və skvoşu (22) geridə qoyub.

Qeyd edək ki, güləş Azərbaycanın olimpiya oyunlarında "qızıl kanalı" hesab olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər