"Qırmızı vərəqə nəticəyə təsir etdi" - Millimizin baş məşqçisi

"Qırmızı vərəqə nəticəyə təsir etdi" - Millimizin baş məşqçisi
"Əlbəttə, məğlub olduğun zaman çox şey danışmaq çətindir. Nəticə özlüyündə hər şeyi deyir". Fanat.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez Serbiyanın paytaxtı Belqradda İtaliya yığması ilə keçirdikləri Avropa çempionatının final mərhələsi qarşılaşmasından sonra deyib.
İspaniyalı mütəxəssis 0:3 hesablı məğlubiyyətə baxmayaraq, bədbin olmadığını bildirib: "Müdafiədə pis oynamadıq. Kombinasiya qurmaqda çətinlik çəkmədik. Buraxdığımız birinci qoldan bir neçə dəqiqə əvvəl hesabı açmaq üçün əla imkanımız vardı. Amma rəqib qapıçı gözəl oynadı. Təbii ki, Amadeunun qırmızı vərəqə alması və azlıqda qalıb qol buraxmağımız yekun nəticəyə birbaşa təsir göstərdi. Beş nəfərlə hücum edərkən də qol imkanları yaratdıq. Amma İtaliya millisinin qapıçısı keçilməz oldu".
Qeyd edək ki, millinin növbəti rəqibi Çexiya yığması olacaq. Görüş fevralın 5-də baş tutacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər