"Qətər DÇ-ni qışda keçirməyə də hazırdı"

"Qətər DÇ-ni qışda keçirməyə də hazırdı"

"FİFA dünya çempionatı-2022-ni qışda keçirməyi qərara alsa, biz bu qərarı həyata keçirəcəyik". Fanat.az xəbər verir ki, bu sözləri Qətərin Əmiri şeyx Tamim ben Xamad-al-Tani deyib.

Əmir daha sonra fikirlərini bu cür davam etdirib: "Çempionatın yayda keçirilməsi üçün ərizə vermişdik. Ancaq turniri nə vaxt keçirməyin daha mübasib olması qərarını yekun nəticədə FİFA verir. Biz hər iki varianta hazırıq".

Şeyx səsvermə zamanı əyintilərə yol verilməsinə dair iddialara da münasibət bildirib: "Ən yaxşı təqdimetmə Qətərə məxsus idi və biz dünya çempionatları tarixinin ən yaxşı yarışlarından birini keçirəcəyik. Sadəcə, bəziləri kiçik bir müsəlman ölkəsinin belə mötəbər yarışa ev sahibliyi etməsini həzm edə bilmir".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər