"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

2-ci Liqa təmsilçisi "Qaradağ Lökbatan"ın aqibətinin necə olacağı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi yeni mövsümdə iddialı olmayacaq.

Hələ komandanın baş məşqçisinin adına da aydınlıq gəlməyib. Geridə qalan "futbol ili"ndə Qəzənfər Abbasovun rəhbərliyi altında 2-ci yeri tutaraq pley-offa yüksələn və "Şimal"a yenilərək (1:2) istəyinə çata bilməyən lökbatanlıların büdcəsi azaldılacaq. Belə ki, komandanın texniki heyətinə aylıq 15 manat maaş büdcəsi ayrılması gündəmdədir ki, bu da ciddi hədəflərlə uzlaşmır.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər