Dik Advokaatla yollarını ayırmağa hazırlaşan "Fənərbaxça"nı "Qalatasaray"lı baş məşqçi çalışdıra bilər. Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər"in 1991-1995-ci illərdə "Qalatasaray"ın formasını geyinmiş, 2014-2015-cillərdə isə komandaya başçılıq edərək 3 kubok qazanmış Hamza Hamzaoğlu ilə maraqlandığı deyilir.
İddialara görə, "Fənərbaxça" rəhbərliyi qarşıdakı günlərdə Hamza Hamzaoğlu ilə danışıqlara başlayacaq. Digər namizəd isə komandanın sabiq futbolçusu və baş məşqçisi Aykut Kocaman hesab olunur.
Bu arada Hamza Hamzaoğlu iddialarla bağlı danışıb. "Star Spor"a açıqlasında "Mənim adım "Qalatasaray"la əbədiləşib, sevənlərimizi üzməyək" düşüncəsinə sahib olduğunu deyən mütəxəssis İqor Tüdorun "Qalatasaray"la müqavilə imzalamasından sonra bü düşüncəsinin dəyişdiyini, "Fənərbaxça"ya gedə biləcəyini bildirib:
"Məni "Fənərbaxça" kimi böyük bir camiəyə yaraşdırdıqları üçün təşəkkür edirəm. Amma mənə görə oranın baş məşqçisi Aykut Kocamandı. ƏgərAykut Kocaman "Konyaspor"la yola davam etmək qərarına gəlsə və "Fənərbaxça" mənə təklif göndərsə, təbii ki, buna müsbət yanaşaram. Əslində ötən həftəyə qədər "Mənim adım "Qalatasaray"la əbədiləşib, sevənlərimizi üzməyək" düşüncəsi ilə yaşayırdım. Amma işsiz olmağıma və "Qalatasaray"la böyük uğurlar yaşamağıma baxmayaraq başqa bir baş məşqçi ilə anlaşdılar ki, bu da məni incitdi. Artıq həqiqətən fikrim dəyişib. Nəticələ biz peşəkar insanlarıq və futbola gözəllik qatmaq istəyirik. "Fənərbaxça" belə bir təkliflə gəlsə, müsbət yanaşaram".
Fanat.Az