"Qalatasaray"da şok ayrılıq

"Qalatasaray"da şok ayrılıq

İtaliya A Seriyası təmsilçisi "Fiorentina" yay transfer pəncərəsinin son günlərində orta sahəsini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Florensiya klubu "Qalatasaray"ın 30 yaşlı uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyranı heyətinə qatmaq istəyir.

Bazar dəyəri 10 milyon avro olaraq qiymətləndirilən təcrübəli futbolçunun İtaliyaya qayıtmağa müsbət yanaşdığı bildirilir.

Əvvəllər də "Fiorentina" formasını geyinmiş Torreyranın transferi ilə bağlı klublar arasında danışıqların başladığı vurğulanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər