"Qalatasaray"da dünya ulduzu - 25 milyon qiyməti var

"Qalatasaray"da dünya ulduzu - 25 milyon qiyməti var

"Qalatasaray"la bağlı növbəti transfer xəbəri yayılıb. Fanat.Az xəbər verir ki, İstanbul klubunun Vinsent Kompanini transfer etmək istədiyi iddia olunub.

İddialara görə, heyətə dünya səviyyəli bir stoperin qatılmasını istəyən baş məşqçi İqor Tüdor bu transferlə birbaşa özü maraqlanır. Artıq "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın da belçikalı futbolçunun gedişinə razılıq verdiyi bildirilir.

Qeyd edək ki, "Mançester Siti" Kompanini 2008-ci ildə "Hamburq"dan 8,5 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 25 milyon avro qiymət qoyub. 31 yaşlı mərkəz müdafiəçisi Belçika yığmasında 70 oyun keçirərək 4 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər