Bir vaxtlar həm "Qalatasaray"da, həm də "Fənərbaxça"da forma geyinmiş amerikalı qadın basketbolçu Diana Taurasi özü kimi "Fənərbaxça"da çıxış etmiş həmcinsi Penni Teylorla evlənib.
Fanat.Az xəbər verir ki, ABŞ mətbuatına açıqlama verən lezbiyan cütlük çox xoşbəxt olduqlarını bildiriblər.
Yerli mediaya danışan Diana Taurasi "Bizim üçün xüsusi bir hadisə idi. Bunu sirr olaraq saxlamadıq, amma böyük bir məsələ olmasını da istəmədik" deyib.
Penni Teylor isə qərarlarının anlayışla qarşılanmasını istəyir: "Gözəl bir gün idi, hər şey gözlədiyimiz kimi oldu. İnsanlar bir-birini sevən iki insanın xoşbəxt olmasını istəyər. Bizə etiraz edəcəklərini düşünmürəm",
Fanat.Az