Türkiyə Kubokunda mübarizəni dayandıran və Super Liqada lider "Beşiktaş"dan 5 xal geri düşən "Qalatasaray" baş məşqçisi ilə yollarını ayıra bilər. Fanat.Az xəbər verir ki, Jan Olde Riekerinkin artıq Hollandiyaya dönmək üçün hazırlığa başladığı bildirilir.
Qarşıdakı turda "Kayserispor"la qarşılaşacaq komandada baş məşqçinin taleyi bu oyundan aslı olacaq. Türkiyə Kubokunda 1/4 finala çıxan Kayseri təmsilçisi ilə oyunda 3 xal qazanılmasa, rəhbərlik Riekerinkə əlvida deyəcək.
Məlumata görə, klub rəhbərliyi bundan dərhal sonra komandanı Tuqay Kərimoğlu-Rəşid Çətinər cütlüyünə tapşıracaq. Ardınca isə hazırda "Karabükspor"a başçılıq edən İqor Tüdorla danışıqların başlayacağı deyilir.
Fanat.Az