"Qaçaqlar"dan biri "Xəzər Lənkəran"a dönür

"Qaçaqlar"dan biri "Xəzər Lənkəran"a dönür
"Xəzər Lənkəran" yeni mövsümün hazırlıqlarını davam etdirir. Komanda hələ ki, tam heyətlə hazırlaşa bilmir. Belə ki, Mbilla Etame və Sadio Tounkara hələ də komandaya qoşulmayıb.
Bu arada afrikalılardan birindən xəbər çıxıb. Bu barədə Fanat.az-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: "Mbillanın meneceri kluba zəng edərək bildirib ki, futbolçunun problemi var. O, bizdən 2-3 gün vaxt istəyib. Bu müddətdə Etame komandaya qoşulacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər