Azərbaycanda da kifayət qədər çox tamaşaçı auditoriyasına malik olan "Arka sokaklar" serialının ulduzunun zorlanması ilə bağlı məhkəmə olub. Fanat.az anspress.com-a istinadən xəbər verir ki, serialda Zeynəb komissar obrazını canlandıran aktrisa Qəmzə Özçelikə təcavüzdə ittiham edilən keçmiş basketbolçu Gökhan Demirkol məhkəmə zalında tutulub.
Hadisəni törətməkdə ittiham edilən millinin keçmiş üzvü həbsə düşməmək üçün iki il gizlənib. Lakin özünü günahsız hesab etdiyi üçün sonda məhkəmədə iştirak etməyə qərar verib.
Qeyd edək ki, aktrisa Qəmzə Özçelik 2004-cü ildə iyul ayının 1-də otel otağında zorlanması ilə bağlı polisə müraciət edib. Hadisədən sonra yaxalanan Gökhan Demirkol 2006-cı ildə 5 il 10 ay azadlıqdan məhrum edilib. 8 ay 10 gün həbsxanada qalandan sonra azadlığa çıxmışdı.
Serialın Zeynəbi özünün rol yoldaşı ilə evli olub. Onun bir oğlu var.
Fanat.az