"Polis məni aldatdı" -Şahin Diniyev

"Polis məni aldatdı" -Şahin Diniyev

“Oyun maraqlı alındı. Azarkeş baxımından da, qol baxımından da. Bol qollu oyun izlədik”. Fanat.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının XXVI turu çərçivəsində Bakıda “Neftçi” ilə qarşılaşan gəncəlilərin çalışdırıcısı 3:2 hesablı qələbəni dəyərləndirib.

 

Mütəxəssis fikirlərini belə açıqlayıb: “Hər iki tərəf açıq futbol oynadı. Bu qələbəyə böyük ehtiyacımız var idi. Avrokuboklara vəsiqə qazanmaq baxımından olduqca mühüm qələbə qazandıq. Sevinirəm ki, həm 11 illik seriyanı qıra bildik, həm də gəncəlilərə bayram hədiyyəsi etdik. "Neftçi"yə də bu cür oyun alınmasına görə təşəkkürümü bildirirəm”.

- Vəli Qasımov hakimlikdən şikayətlənsə, nə dərəcədə haqlı olacaq?

- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma biz həmkarıq və kimisə müzakirə edə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bu gün biz qələbəyə layiq idik.

- Namiq Ələsgərova qarşı penalti epizodunu şərh edərdiniz...

- Penalti var idi.

- Hər iki qapıya penalti vurularkən, meydançaya arxanızı çevirdiniz. Bu, yeni inancınızdı?

- 1997-ci ildən bəri komandam penalti vurarkən, zərbəyə baxmıram. O ki qaldı "Neftçi"nin penaltisinə, bunu ilk dəfə idi ki, etdim. Çünki oradakı polis əməkdaşlarından biri hər iki penaltidən öncə "mənə bax, hər şey yaxşı olacaq", dedi. Birində düz çıxdı, digərində aldatdı.

- Polisin şirinliyini verdiniz?

- Yox-yox, bizim polis pul almır axı! (gülür). (futbolinfo.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər