"Paltardəyişmə otağında uşaqların üstünə qışqırmadım" - Arne Slot nədən narazı qalıb?

"Paltardəyişmə otağında uşaqların üstünə qışqırmadım" - Arne Slot nədən narazı qalıb?

"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 10-cu turunda evdə "Brayton" üzərində qazandıqları qələbəni (2:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı niderlandlı mütəxəssisin sözlərini belə çatdırıb:

"Hər şeydən öncə "Brayton"un inamlı mübarizəsini vurğulamalıyıq. Rəqib oynamaqdan qorxmurdu. Yaxşı müdafiə olunurdular. Amma biz ilk yarıda standart vəziyyətləri çıxmaq şərti ilə matçın heç bir hissəsində özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Fasilədə taktikanı bir qədər dəyişdik və ikinci hissədə daha güclü təsir bağışladıq. Paltardəyişmə otağında uşaqların üstünə qışqırmadım. Yalnız əmin olmaq istəyirdim ki, oyunçular birinci hissənin yaxşı alınmadığını anlayırlar".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər