İspaniya millisinin yarımmüdafiəçisi Rodri Ernandes İngiltərənin yarımmüdafiəçisi Koul Palmerin AÇ-2024-ün finalındakı çıxışını şərh edib.
Fanat.Az xəbər verir ki, jurnalist Saymon Fillips Rodrinin oyuna əvəzetmədən qoşulan Palmer haqda dediklərini belə çatdırıb:
“Biz bilirdik ki, İngiltərə heç-heçə edib oyunu əlavə vaxta və penaltilərə daşımaq üçün nə lazımdırsa edəcək. Palmer? Mən onu çox yaxşı tanıyıram. Onun inanılmaz istedadı var. Gələcəkdə Koul əsl superulduza çevriləcək”.
Xatırladaq ki, "Çelsi"nin futbolçusu Koul Palmer ikinci hissədə meydana əvəzetmədən daxil olub hesabı bərabərləşdirsə də, sonda İspaniya qələbə qazanıb. Rodri ilə Palmer vaxtilə "Mançester Siti"də birlikdə oynayıblar.
Mirağa